Polşa millisi Rusiyaya yollanmayacaq
Polşa millisi DÇ-2022-nin pley-off mərhələsində Rusiya ilə oynamalı idi. Lakin yığma komanda səfər oyununa yollanmaqdan imtina edib.
Polşa Futbol Assosiasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, 3 ölkənin yığması hazırda Ukraynada hərbi gərginlik yaşayan Rusiyaya getməyəcək:
“Bu, Polşa, İsveç və Çexiyanın rəsmi bəyanatıdır. Biz Rusiyada oynamağa hazırlaşmırıq”.
Qeyd edək ki, Rusiya – Polşa oyunu martın 24-də Moskvada keçirilməlidir. Cütün qalibi isə finalda ya İsveç, ya da Çexiya ilə üz-üzə gələcək.