Polşa birbaşa finala yüksələcək

Polşa birbaşa finala yüksələcək

Polşa Rusiyanın yarışdan kənarlaşdırılmasından sonra DÇ-2022-nin seçmə mərhələsinin final mərhələsinə vəsiqə qazanacaq. FİFA Rusiya komandasına əvəzləyici axtarmaq fikrində deyil.

Beləliklə, Polşa avtomatik olaraq Çexiya – İsveç cütünün qalibi ilə finalda oynayacaq. Bununla bağlı hələlik FİFA-nın rəsmi qərarı yoxdur, lakin cümə gününə qədər açıqlanacağı gözlənilir.

FİFA bir neçə variantı nəzərdən keçirib, lakin onların hamısı bir çox problem yaradıb. Bunların arasında Polşa, İsveç və Çexiya arasında üç oyunluq qarşıdurma variantı vardı, lakin maddi-texniki təchizat və qrafiklə bağlı çətinliklər yaşanıb.

ETOPAZ

Əvvəlki yazı

Çeferin Superliqa məsələsini qınadı

Növbəti yazı

“Barselona”dan Dembeleyə yeni təklif