Poçettinonun yeni iş yeri bəlli oldu

Poçettinonun yeni iş yeri bəlli oldu

Maurisio Poçettinonun yeni iş yeri müəyyənləşib. O, ABŞ millisinin baş məşqçisi olub.

Bunu yığmanın mətbuat xidməti açıqlayıb. Argentinalı mütəxəssis komandanı 2026-cı ildə ABŞ-də keçiriləcək dünya çempionatına hazırlayacaq.

Buna qədər heç bir yığmada çalışmayan Poçettinonun son iş yeri İngiltərənin “Çelsi” klubu olub.

ETOPAZ

Əvvəlki yazı

Braziliya və Argentina məğlub oldu

Növbəti yazı

“Qarabağ” “Mançester Yunayted”i geridə qoydu