Poçettino “Mançester Yunayted”ə şərt qoydu
“Mançester Yunayted” PSJ-nin baş məşqçisi Maurisio Poçetinnonu rənglərinə bağlamaqda israrlıdır. Premyer Liqa təmsilçisi argentinalı çalışdırıcı ilə danışıqları davam etdirir.
49 yaşlı mütəxəssis komandanı çalışdırması üçün klubun qarşısına şərt qoyub. O, “qırmızı şeytanlar”ın rəhbərliyinə bildirib ki, yalnız “Tottenhem”in futbolçusu Harri Keynin transfer edildiyi təqdirdə komandaya baş məşqçilik edəcək.