Plişkovadan böyük üstünlük
WTA il ərzində ən çox eys edən tennisçilərin siyahısını açıqlayıb. Cədvələ çexiyalı Karolina Plişkova başçılıq edir. O, 2021-ci ildə 410 dəfə topu oyuna daxil edərkən xal qazanıb. Çexiyalı bu göstəricidə digərlərini böyük fərqlə üstələyir.
1. Karolina Plişkova – 410
2. Arina Sobolenko – 357
3. Eşli Barti – 325
4. Yelena Rıbakova – 301
5. Veronika Kudermetova – 298
6. Ons Jaber – 280
7. Mariya Sakkari – 254
8. Kori Qauff – 248
9. Anett Kontaveyt – 246
10. Lyudmila Samsonova – 234