Pley-offun püşkü atıldı

Pley-offun püşkü atıldı

DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. Qətərdə təşkil olunacaq mundiala üç vəsiqə uğrunda mübarizə aparacaq 12 komandanın rəqibləri bəlli olub.

İsveçrənin Sürix şəhərindəki püşkatmada komandalar üç yola bölünüb. A, B və C yolları üzrə yarımfinal cütləri bəlli olub. Bu mərhələnin görüşləri 2022-ci il martın 24-də səpələnmiş komandaların meydanında keçiriləcək. Beş gün sonra təşkil olunacaq yollar üzrə final matçlarının meydan sahibləri isə püşkatmada dəqiqləşib.

DÇ-2022, Avropa zonası üzrə pley-off

Yarımfinal, 24 mart 2022-ci il

A yolu

1. Şotlandiya – Ukrayna

2. Uels – Avstriya

B yolu

3. Rusiya – Polşa

4. İsveç – Çexiya

C yolu

5. İtaliya – Şimali Makedoniya

6. Portuqaliya – Türkiyə

Final, 29 mart 2022-ci il

A yolu

2-ci cütün qalibi – 1-ci cütün qalibi

B yolu

3-cü cütün qalibi – 4-cü cütün qalibi

C yolu

6-ci cütün qalibi – 5-ci cütün qalibi

ETOPAZ

Əvvəlki yazı

Velosiped İdmanı Federasiyasında yeni prezident

Növbəti yazı

Günün kuponu – 27.11.2021