Pike karyerasını başa vurdu

Pike karyerasını başa vurdu

“Barselona”nın müdafiəçisi Jerar Pike karyerasını bitirdiyini açıqlayıb. 35 yaşlı ispaniyalı vida videosunu sosial şəbəkədə paylaşıb.

Bildirilir ki, onun bu qərarına səbəb mətbuatla bağlı problemlər, həmçinin klub prezidenti Xoan Laporta ilə arasındakı anlaşmazlıqlar olub. Pikenin özü isə bunu açıqlamaq istəmir.

O, karyerasının son oyununu noyabrın 5-də İspaniya çempionatının 13-cü turu çərçivəsində “Almeriya”ya qarşı keçirəcək.

e-Topaz

Əvvəlki yazı

Azərbaycan mövqeyini qorudu

Növbəti yazı

Suarezə La Liqadan maraq