Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Peyton məşqlərə başladı
“Qolden Steyt”in oyunçusu Qeri Peyton meydanda müxtəlif yüngül məşqlər etməyə başlayıb. O, hələlik fərdi çalışmalarla kifayətlənib.
Onun görüşlərdə iştirakı sual altındadır. Komanda bir həftə sonra oyunçunun vəziyyətini yenidən qiymətləndirəcək.
29 yaşlı müdafiəçi pley-offun ikinci turunun “Memfis”lə görüşündə zədələnib. O, sol dirsəyi sındığı üçün sıradan çıxıb.