Pequla yenidən 1/4 finalda
Cessika Pequla “Australian Open”də 1/4 finala yüksəlib. ABŞ tennisçisi 4-cü mərhələdə Mariya Sakkarini məğlub edib – 7:6, 6:3.
Pequla ardıcıl ikinci dəfə Melburnda 8 ən yaxşı sırasında yer alacaq. “Böyük dəbilqə” turnirlərində onun başqa belə uğuru yoxdur.
O, ötən mövsümün əvvəlindən indiyədək “Top-10”dakı rəqibləri ilə 14 görüşdə 10 dəfə qalib gəlib. Həmin vaxtadək 4 belə qarşılaşmanın hamısı məğlubiyyətlə başa çatıb.