Pedri mövsümü erkən bitirə bilər

Pedri mövsümü erkən bitirə bilər

“Barselona”da ciddi itki baş verib. Komandanın futbolçusu Pedri “Ayntraxt”la oyunda zədələnib.

Yarımmüdafiəçi Avropa Liqasının 1/4 final oyununa (2:3) start heyətində daxil olub. Lakin o, fasilədə əvəzlənib.

19 yaşlı oyunçu diz nahiyəsində narahatlıq hiss edir. Pedridə əzələ qopması şübhəsi var. İlkin diaqnoza görə, İspaniya millisinin üzvü 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, onun üçün mövsüm vaxtından əvvəl bitib.

ETOPAZ

Əvvəlki yazı

“Vest Hem” 46 ildən sonra

Növbəti yazı

Bricsə 50.000 dollar cərimə