“Partizan”ın stadionu yandırıldı

“Partizan”ın stadionu yandırıldı

Serbiya çempionatının IX turunun “Srvena Zvezda” ilə oyununda xoşagəlməz hadisə baş verib. Matçdan öncə bir qrup naməlum şəxs “Partizan”ın meydançasını yandırıb.

Hadisə sentyabrın 21-dən 22-nə keçən gecə baş verib. Bir qrup naməlum şəxs stadiona daxil olaraq ot örtüyünü yandırmaq üçün tezalışan mayedən istifadə edib. Bundan sonra onlar şüşə qırıqlarını sahəyə səpələyiblər.

Serbiya mətbuatının yazdığına görə, klub bütün lazımi məlumatları hüquq-mühafizə orqanlarına verib. Komandanın əməkdaşları meydançanı bərpa etmək üçün çalışırlar.

Qeyd edək ki, “Partizan” – “Sırvena Zvezda” matçı bu gün saat 21:00-da start götürəcək.

ETOPAZ

Əvvəlki yazı

“Sabah”dan səfər qələbəsi

Növbəti yazı

AFFA rəsmisi “Fənərbaxça”nın oyununda