“Parma”nın baş məşqçi planı

“Parma”nın baş məşqçi planı

İtaliyanın “Parma” klubu baş məşqçi postunda dəyişiklik etmək variantını nəzərdən keçirir. Klub rəhbərliyi Entso Mareskanı istefaya göndərməyə hazırlaşır.

Mövsümün əvvəlində komandanın “sükanı arxası”na keçən 41 yaşlı mütəxəssis uğursuz nəticələr səbəbindən postunu tərk edəcək. Onu Cüzeppe Yakininin əvəzləməsi gözlənilir. Yeni baş məşqçi ilə 2023-cü ilin yayına qədər müqavilə imzalanacaq.

Qeyd edək ki, B seriyasında 13 turdan sonra “Parma” 14-cü pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”dan “Çelsi”yə sorğu

Növbəti yazı

Advokat istefa verdi