Paris-2024-ə daha bir lisenziya

Paris-2024-ə daha bir lisenziya

Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarına növbəti lisenziya qazanıb. Bu hüququ kamandan oxatan Yaylagül Ramazanova əldə edib.

O, Türkiyənin Antalya şəhərində keçirilən kamandan oxatma üzrə dünya təsnifat turnirinin finalında uğurla imza atıb.

Bununla da Azərbaycan milli komandasının 15 idman növündə lisenziya qazanan idmançılarının sayı 38-ə yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

“Şamaxı”dan növbəti transfer

Növbəti yazı

Danimarkadan qollu bərabərlik