“Palmeyras” yenidən finalda
Libertadores kubokunda ilk finalçı bəlli olub. Bu vəsiqəyə “Palmeyras” sahib çıxıb.
San-Paulu təmsilçisi Braziliya klublarının duelində “Atletiko Mineyro”nu mübarizədən kənarlaşdırıb. Komandalar arasında cavab görüşü 1:1 hesabı ilə başa çatıb. Komandalar arasında ilk matç 0:0 hesabı ilə nəticələndiyi üçün səfərdəki bu qol “Palmeyras”ı finala daşıyıb.
Libertadores kubokunun son qalibi ardıcıl ikinci dəfə finalda oynayacaq. San-Paulu təmsilçisinin rəqibi bu gün bəlli olacaq. “Flamenqo” evdə 2:0 hesabı ilə məğlub etdiyi Ekvador “Barselona”sı ilə qarşılaşacaq.