Paketa məhkəmə qarşısına çıxacaq

Paketa məhkəmə qarşısına çıxacaq

“Vest Hem”in braziliyalı futbolçusu Lukas Paketa məhkəmə qarşısına çıxacaq. İngiltərə mətbuatı dinləmənin mart ayında olacağını bildirib.

Mərc oyunlarında günahlandırılan Paketanın ömürlük futboldan uzaqlaşdırılması gündəmə gəlib. İngiltərə Futbol Assosiasiyası (FIA) feyr-pley qaydalarını pozduğuna görə futbolçunun ciddi cəzlandırılmasının tərəfdarıdır.

Qeyd edək ki, Lukasın 60-a yaxın tanışı onun sarı vərəqə almasına pul qoyuluşu edib və 100 min funtdan çox qazanc əldə edib. Paketi isə bütün ittihamları rədd edib.

ETOPAZ

Əvvəlki yazı

“Liverpul”da yeni rekord

Növbəti yazı

Alonso “Mançester Yunayted”in hədəfində