Özcan “Borussiya”da
Dortmund “Borussiya”sı mövsümlərarası fasilədə daha bir futbolçu ilə güclənib. Bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.
Bundesliqa təmsilçisi Salih Özcanla müqavilə imzalayıb. 24 yaşlı yarımmüdafiəçi ilə anlaşma 4 il müddətinə – 2026-cı ilin yayına qədər nəzərdə tutulub. O, 2020-ci ildən “Köln”ün formasını geyinirdi. Özcan başa çatan mövsümün 34 oyununda 2 qol vurub.