Oyunçu aparsın!

Oyunçu aparsın!


Koronavirus pandemiyasının ağır zərbələri bütün sahələrə olduğu kimi idmandan da yan keçmədi. Hətta azarkeşlərin səbirsizliklə gözlədiyi Avropa çempionatı və Olimpiya oyunları bir il sonraya təxirə salındı. Nəhayət ki, Bakının da 4 oyununa ev sahibliyi etdiyi qitə çempionatını çətinliklə də olsa keçirmək mümkün oldu. Olimpiya oyunlarının da taleyi böyük sual altında olsa da, planetin ən böyük yarışı ilk dəfə azarkeşsiz təşkil edildi. İndi isə həyat yavaş-yavaş öz axarına qayıtmaqdadır. Artıq Avropanın əksər liqalarında tribunalarda azarkeşləri görmək mümkündür.
Avrokuboklarda qrup mərhələsinin başlamasına sayılı günlər qalır. Yenidən Çempionlar Liqası, Avropa Liqası kimi turnirlərin qrup oyunları dolu tribunalar önündə keçiriləcək.
Mərc həvəskarları da böyük futbol tamaşalarının startını səbirsizliklə gözləyirlər. Azərbaycanın ilk online mərc oyunları saytı olan “Etopaz” fəaliyyətə başladıqdan sonra mərc həvəskarları uduşlarının təminat altında olduğunu anladılar. Artıq qara bazarda bir çoxlarının başına gələn xoşagəlməz “macəralar” dövrü geridə qaldı. Mərc barədə fikirlər birmənalı olmasa da, bu bir intuisiya mübarizəsidir. Mərc oyunlarında seçim iştirakçının öz əlində olur. Buna görə təbii ki, heç kimə hər hansı təzyiq göstərilmir. Digər tərəfdən iştirakçıya müxtəlif mərc variantları (qələbə, heç-heçə, məğlubiyyət, alt, üst, korner,aut, sarı vərəqə sayı və s.) təklif olunur. Burda hər hansı seçim məcburiyyətindən söhbət gedə bilməz. Hər şey sənin öz əlindədir, intuisiyana güvənib seçimini et (bir və ya bir neçə variant) və proqnozun özünü doğruldacağı halda uduşunu etibarlı əllərdən al. “Etopaz”ın əsas məqsədləri məhz oyunçuların qazanc əldə etməsi, keyfiyyətli xidmət və etibarlı mərc bazarının yaradılmasıdır. Son illərdə ölkəmizdə də online xidmətlərə üstünlük verilməsinin şahidi oluruq. Artıq evdən çıxmadan bütün internet ödəmələrini, bank əməliyyatlarını həyata keçirmək adi həyat normasına çevrilib.
Bu baxımdan da siz kontorlarına yaxınlaşmadan “Etopaz” vasitəsi ilə online qaydada mərc oyunlarında iştirak edə bilərsiniz. Əsas isə seçiminiz düzgün olsun və etibarlı tərəfdaşla çalışın və keyfiyyətli xidmətdən məmnun olun.
Yeni mövsümdən həmkarlarım İlkin Fikrətoğlu və Sənan Şəfizadə ilə birgə bizim proqnozlarla “Etopaz”da tanış ola bilərsiniz. Məqsədimiz yalnız sizə kömək etmək və cüzi də olsa informasiya vermək olacaq. Təbii ki, bu mərcdir və bütün proqnozların özünü doğruldacağına heç kim təminat vermir. Ancaq “günün kuponu və “sürpriz kupon”da komandaların gücü, heyətlə bağlı problemləri, statistika, indiyədək aralarında keçirdikləri oyunlara baxaraq, doğru “bələdçi” olmağa çalışacağıq.
Yeni mövsüm başlayır, bizi maraqlı oyunlar, gərgin derbilər, futbol meydanlarında güzəştsiz rəqabət gözləyir. Əsas odur ki, daim bəxtiniz gətirsin. Oyunçu aparsın!
Elnur Məmmədli

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

AVRO-2020-də yoluxma sayı açıqlandı

Növbəti yazı

“Qolden Steyt” və “Bruklin”in hədəfindəki veteran