Otavio “Liverpul”un hədəfində

Otavio “Liverpul”un hədəfində

“Porto”nun yarımmüdafiəçisi Otavio klubdan ayrılmaq üzrədir. Portuqaliya millisinin üzvü “Liverpul”un hədəfindədir.

Premyer Liqa klubunun baş məşqçisi Yurgen Klopp 27 yaşlı yarımmüdafiəçinin sisteminə uyğun olduğuna və kollektivə tez uyğunlaşacağına inanır. Hətta “qırmızılar” Otavionun oyununu izləmək üçün bir neçə dəfə “Porto”nun matçlarına skautlar da göndərib.

“Liverpul”a qədər “Vest Hem” başda olmaqla, İngiltərənin bir neçə klubu orta sahə oyunçusu üçün portuqaliyalılara təklif göndərib.

ETOPAZ

Əvvəlki yazı

Mobley zədələndi

Növbəti yazı

Qilces-Aleksandr üçün mövsüm bitdi