Osimhen Messi və Ronaldonu geridə qoydu

Osimhen Messi və Ronaldonu geridə qoydu

“Napoli”nin hücumçusu Viktor Osimhen yubileyini rəsmiləşdirib. O, karyerasında 100-cü qolunu vurub.

24 yaşlı hücumçu bunu A Seriyasının “Sassuolo” ilə görüşündə (2:0) reallaşdırıb. Viktor bu uğura 197-ci oyununda nail olub.

O, 100 qol həddinə Lionel Messi (210 oyun), Kriştiano Ronaldo (245) və Zlatan İbrahimoviçdən (301) daha erkən çatıb. Osimhen Erlinq Haaland (146 oyun) və Kilyan Mbappedən (180) geri qalır.

ETOPAZ

Əvvəlki yazı

“Napoli” Kvaratsxeliyanın qiymətini qaldırdı

Növbəti yazı

“Turan Tovuz” “Sabah”ı səfərdə məğlub etdi