Osimhenə iki müştəri

Osimhenə iki müştəri

“Napoli”nin futbolçusu Viktor Osimhen iki nəhəng klubun maraq dairəsinə düşüb. PSJ və “Mançester Yunayted” nigeriyalı hücumçunu transfer etmək istəyir.

İtaliya klubu forvard üçün 100 milyon avro tələb edir. Hər iki klub neapolluların tələbini ödəməyə hazırdır.
Osimhen A seriyası təmsilçisinə 2020-ci ildə keçib. O, “Lill”dən 70 milyona transfer olunub. Viktorun müqaviləsi 2025-ci ildə başa çatacaq. 24 yaşlı hücumçu cari mövsüm 20 oyuna çıxıb. Onun hesabında 15 qol var.

ETOPAZ

Əvvəlki yazı

MVP üçün “TOP-10”

Növbəti yazı

WTA Finals yenidən Çində