“Oğlum deyir ki, bir az gözlə, bir yerdə oynayaq”

“Oğlum deyir ki, bir az gözlə, bir yerdə oynayaq”

Portuqaliya millisinin və “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonun oğlu ilə karyerası ilə bağlı söhbətinin təfərrüatı bəlli olub. Bunu 37 yaşlı hücumçunun özü açıqlayıb. O bildirib ki, kiçik Kriştiano atası ilə eyni komandada oynamaq istəyir:

“Oğlum mənə deyir ki, ata, bir neçə il gözlə, səninlə oynamaq istəyirəm”.

2021-ci ilin yayında 15 milyon avroya keçdiyi “Mançester Yunayted”lə 2023-cü ilin yayına qədər müqavilə imzalayıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 02.03.2022

Növbəti yazı

Buffon 50 yaşına qədər oynaya bilər