Odeqard hamıdan öndə
Qitənin ən güclü 7 liqasında yaratdığı təhlükəli qol epizodu və cərimə meydanına dəqiq ötürmə sayında liderlik edən futbolçu bəlli olub. Bunu “Squawka” açıqlayıb.
Hər iki göstəricidə mövsümün ən yaxşısı Martin Odeqarddır. “Arsenal”ın 25 yaşlı norveçli yarımmüdafiəçisi 61 qol vəziyyəti yaradıb və cərimə meydanına 22 dəqiq ötürmə verib.