Obameyanqdan yeni rekord
“Marsel”in forvardı Pyer-Emerik Obameyanq Avropa Liqasının tarixinə düşüb. Qabonlu hücumçu əvvəllər UEFA kuboku adlanan turnirin ən sərrast futbolçusu olub.
Avropa Liqasında 1/8 finalın “Vilyarreal”la ilk oyununda iki qol vuran Obameyanq isveçli həmkarı Henrik Larssonun nəticəsini yaxşılaşdırıb. Bu görüşədək hər iki forvardın hesabında 31 top olub. Qollarının sayını 33-ə yüksəldən Pyer-Emerik bu nominasiyada vahid liderliyə yüksəlib.
Bu matçda “Marsel” 4:0 hesabı ilə qələbə qazanıb.