Obameyanqa Asiyadan təklif

Obameyanqa Asiyadan təklif

“Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanq Asiyadan təklif alıb. Qabonlu hücumçu “Əl-Hilal”a keçə bilər.

Səudiyyə Ərəbistanı təmsilçisi 32 yaşlı forvarda 3 illik müqavilə təklif edib. “Arsenal”ın baş məşqçisi Mikel Artetanın planlarına daxil olmayan Obameyanq asiyalıların təklifini dəyərləndirməyə tələsmir.

Afrikalı üçün Avropada qalmaq prioritetdir. Bu üzdən də Pyer-Emerik “Yuventus” və “Barselona” variantlarını nəzərdən keçirir.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 03.01.2022

Növbəti yazı

Coş NBA tarixinə düşdü