“Nyukasl”ın baş məşqçisi müəyyənləşdi

“Nyukasl”ın baş məşqçisi müəyyənləşdi

İngiltərənin “Nyukasl” klubunun yeni baş məşqçisi müəyyənləşib. Premyer Liqa təmsilçisini Eddi Xau çalışdıracaq.

Klub rəhbərliyi 43 yaşlı mütəxəssislə 2,5 illik müqaviləni razılaşdırıb. “Bernli” və “Bornmut”da çalışmış məşqçi ötən ilin yayından klubsuzdur.

Xatırladaq ki, 10 turda 4 xal toplayan “Nyukasl” Premyer Liqanın turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Zverev 3-cü pillədə

Növbəti yazı

Abdullah Zubir həftənin oyunçusu adına namizədlər sırasında