“Nyukasl”da yeni müqavilə
“Nyukasl” daha bir futbolçusu ilə müqaviləni uzadıb. İngiltərə klubu Bruno Gimaraynsın anlaşmasını 2028-ci ilin yayına qədər artırıb.
Braziliyalı yarımmüdafiəçinin sərbəstqalma məbləği 115 milyon avroya yüksəlib. Onun əvvəlki müqaviləsi 2026-cı ilin yayında bitməli idi.
Braziliyalı indiyədək “Nyukasl”da 63 matç keçirib. Onun hesabında 10 qol var.