“Nyukasl” Stiv Brüslə yollarını ayırdı

“Nyukasl” Stiv Brüslə yollarını ayırdı

İngiltərə Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib. “Nyukasl” Stiv Brüslə yollarını ayırıb.

Bunu klubun mətbuat xidməti açıqlayıb. 60 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2019-cu ildən “Nyukasl”ı çalışdıran Brüsün istefası ötən həftə gözlənilsə də, rəhbərlik “Tottenhem”lə qarşılaşmanı gözləyib. Londonlulara 2:3 hesablı məğlubiyyət mütəxəssisin karyerasında 1000-ci matç olub.

ETOPAZ

Əvvəlki yazı

Avropa ölkələri FİFA-dan çıxır

Növbəti yazı

Raoniç “Masters”dən kənar qaldı