Nurkiçdən qeyri-adi göstərici

Nurkiçdən qeyri-adi göstərici

“Finiks”in basketbolçusu Yusuf Nurkiç NBA tarixinə düşüb. O, əfsanəvi Denis Rodmanın qeyri-adi nailiyyətini təkrarlayıb.

Bosniyalı mərkəz oyunçusu buna “Klippers”lə görüşdə nail olub. 29 yaşlı balkanlı 3 xal, 19 ribaund və 10 ötürməyə imza atıb.

O, son 40 mövsümdə ikinci oyunçudur ki, ribaund və ötürmələrinin cəmi 25-i keçsə də, oyundan yalnız bir dəqiq atış edib. Buna yalnız Rodman nail olmuşdu.

Nurkiç ikixallıq atış və cərimə atışı ilə fərqlənib. “Finiks” 124:108 hesabı ilə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

“Atlanta”da yeni rekordçu

Növbəti yazı

“Fənərbaxça”nın cəzaları bəlli oldu