Nuri Şahin məşqçiliyə başlayır

Nuri Şahin məşqçiliyə başlayır

Türkiyənin “Antalyaspor” klubunun yeni baş məşqçisini müəyyənləşib. Super Liqa təmsilçisinin rəhbərliyi bu posta Nuri Şahini gətirmək qərarına gəlib.

Ərsun Yanalın istefa verməsindən sonra baş məşqçi axtarışına başlayan antalyalılar komandanın futbolçusu Nuri Şahinlə razılığa gəliblər. Türkiyə Futbol Federasiyasında onun məşqçiliklə bağlı sənədləri həllini tapdıqdan sonra bu təyinat rəsmən açıqlanacaq.

Nuri Şahinin köməkçilərini Almaniyadan gətirməsi gözlənilir. Ötən ilin yayından “Antalyaspor”un formasını geyinən Nuri Şahinin müqaviləsi mövsümün sonuna qədər olsa da, 33 yaşlı yarımmüdafiəçi karyerasını başa vurub, baş məşqçi kimi çalışmaq niyyətindədir.

ETOPAZ

Əvvəlki yazı

“Milan”dan Stefano Pioliyə yeni təklif

Növbəti yazı

“Barselona”dan transferlər üçün 16 milyon avro