Noyerdən yeni rekord
Almaniyanın “Bavariya” klubunun qapıçısı Manuel Noyer yeni rekorda imza atıb. 35 yaşlı qolkiper Bundesliqada 205-ci quru oyununu keçirib. O, 3-cü turun “Herta” ilə matçında (5:0) bu göstəriciyə çatıb. Bununla da Noyer Bundesliqa tarixinin rekordunu yeniləyib. O, 204 quru oyun keçirən Oliver Kanı arxada qoyub.