“Nottingem”də istefa
Premyer Liqada ayrılıq yaşanıb. “Nottingem Forest” baş məşqçisi ilə yollarını ayırıb.
İngiltərə təmsilçisi Stiv Kuperi istefaya göndərib. 44 yaşlı uelsli mütəxəssis komandanın zəif çıxışı səbəbindən postundan getməli olub. Komandaya Nunu Espirito Santos rəhbərlik edə bilər. Portuqaliyalı məşqçinin son iş yeri Səudiyyə Ərəbistanının “Əl İttihad” klubu olub.