Nketia ilə müqavilə uzadılır
“Arsenal” hücumçusu Eddi Nketianı heyətində saxlamaq istəyir. Klub onunla müqaviləni uzatmağa yaxındır.
22 yaşlı ingiltərəli müqaviləni 2027-ci ilin yayına kimi uzadmağa isti yanaşır. Daha əvvəl bildirilmişdi ki, “Kristal Pelas”, “Vest Hem” və iki Bundesliqa klubu futbolçunun xidmətində maraqlıdır.