“Nitsa” – “Marsel” oyunundan sonra üç nəfər həbs olundu
Fransa Liqa1-in qalmaqalla nəticələnən “Nitsa” – “Marsel” oyunundan sonra üç nəfər saxlanılıb. Polisin həbs etdiyi şəxslər həddi-buluğa çatmayan gənclər olub. III turun qarşılaşması meydan sahiblərinin azarkeşlərinin meydana axışması səbəbindən dayandırılıb. Polis bölməsinə aparılan gənclər sonradan valideynlərinə verilib. Onları hansı cəzanın gözlədiyi hələ dəqiqləşməyib.
Qalmaqal görüşün sonlarında yaşanıb. “Nitsa”nın 1:0 hesabı ilə öndə olduğu zaman meydana kənar əşyalar atılmağa başlayıb. Onlardan biri “Marsel”in futbolçusu Dimitri Payetə dəyib. Yarımmüdafiəçi su qabını geriyə – tribunalara atıb. Bundan sonra azarkeşlər meydana axın edib. Matçı dayandıran hakim sonradan bərpa barədə qərar versə də, “Marsel” meydana çıxmaqdan boyun qaçırıb.