“Niks” Robinsonu saxlayacaq
“Nyu-York” orta xətt oyunçusu Miçel Robinsonu heyətində saxlamaq niyyətindədir. Klub onunla yeni müqavilə imzalayacaq.
Daha əvvəl “Niks” rəhbərliyinin Miçellə müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilmədiyi bildirilirdi. Hətta onun bu yay azad agent olacağı haqqında xəbərlər yayılmışdı. Lakin klub onunla yeni sözləşmə imzalayacaq.