Neymarın durumuna aydınlıq gəldi
Zədə üzündən uzun müddətdir meydanlardan kənar qalan Neymarın durumuna aydınlıq gəlib. Bunu hücumçunu müalicə edən həkin açıqlayıb.
O bildirib ki, braziliyalı ulduz hələ uduzun müddət gözləməlidir. Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”ın forvardı azı 4-5 ay da kənarda qalacaq.
Neymar ötən ilin oktyabrında zədələnib. Onun müalicəsinin təxminən yarılandığı bildirilir.