Neymardan ilk
PSJ Fransa çempionatının 38-ci turunda “Metz”i məğlub edib – 5:0. Komandanın heyətində Neymar növbəti görüşünə çıxıb.
Braziliyalı bu mövsüm ilkə imza atıb. Belə ki, o, ilk dəfə bu turnirdə bir mövsümdə 20-dən çox oyun keçirib – 22.
Qeyd edək ki, Neymar 2017-ci ildən Paris klubunda çıxış edir.