Neymar “Santos” yolunda
“Əl Hilal”da ayrılıq baş verməyə yaxındır. Komandanın ulduzu Neymar Braziliyaya dönmək niyyətindədir.
O, 2025-ci ilin yayında “Santos”a dönə bilər. Hücumçu dünya çempionatına daha yaxşı hazırlaşmaq üçün sabiq komandasına qayıtmağı planlaşdırır.
Bu mövsüm 32 yaşlı Neymar 5 matça çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.