Neymar 6 həftə kənarda qalacaq

Neymar 6 həftə kənarda qalacaq

PSJ-nin futbolçusu Neymar ilkin tibbi müayinədən keçib. Fransa Liqa1-in “Sent-Etyenn”lə oyununda zədələnən 29 yaşlı braziliyalı hücumçu 6 həftə yaşıl meydanlardan kənar qala bilər.

Bu zədə üzündən forvard üçün 2021-ci il bitib. Təkrar müayinədən sonra Neymarın vəziyyəti tam dəqiqləşəcək. Cənubi amerikalı qarşılaşmanın sonlarında topuğundan xəsarət alıb.

Bir neçə dəqiqə həkimlər ona yardım göstərsə də, Neymar matçı davam etdirə bilməyib. Onu meydandan xərəkdə çıxarıblar. PSJ bu matçda 3:1 hesablı qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Ən yaxşı pleymeykerlər

Növbəti yazı

Devis kubokunda 1/4 final cütləri dəqiqləşdi