Neveş müqavilədən imtina etdi

Neveş müqavilədən imtina etdi

Ruben Neveş mövsümün sonunda klubunu dəyişəcək. 26 yaşlı yarımmüdafiəçi “Vulverhempton”la yeni müqavilə imzalamaqdan imtina edib.

Bu üzdən də İngiltərə klubu onu satmağa qərar verib. Anlaşması 2024-cü ilin yayında bitəcək futbolçunu azad agent kimi itirmək istəməyən “canavarlar” ona müştəri axtarır. Premyer Liqa təmsilçisi Neveşin satışından 40 milyon avro qazanmağı planlaşdırır.

ETOPAZ

Əvvəlki yazı

Nadal Madriddə oynamayacaq

Növbəti yazı

“Liverpul”da ayrılıq