Nelsonun taleyinə aydınlıq gəldi
“Qalatasaray” daha bir futbolçusunu satışa çıxarıb. İstanbul klubu Viktor Nelsonu satmaq qərarına gəlib.
Bu mövsüm daha çox ehtiyatda qalan 25 yaşlı yarımmüdafiəçi yayda klubdan ayrılmağı düşünür. Danimarkalı futbolçunun gedişinə mane olmaq istəməyən “aslanlar” 10 milyon avro qarşılığında Viktoru satmağa hazırdır.