“Neftçi”dən növbəti transfer

“Neftçi”dən növbəti transfer

“Neftçi” heyətini daha bir futbolçu ilə gücləndirib. Paytaxt klubu Dembo Darbo ilə 2 illik müqavilə bağlayıb.

Qambiyalı hücumçu “Neftçi”də 22 nömrəli formanı geyinəcək. BƏƏ-nin “Əl-Nəsr” klubuna məxsus olan Darbo icarə əsasında Qazaxıstanın “Astana” və “Ordabaşı” klublarında çıxış edib. Sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Darbo “Neftçi”nin baş məşqçi Roman Qriqorçukun rəhbərliyi ilə Soliqorsk “Şaxtyor”unda oynayıb. O, 2021-ci ildə Belarus çempionatının və Superkubokunun qalibi olub.

Qeyd edək ki, hücumçu Qambiya milli komandasında 5 oyun keçirib.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Bizi qarşıda çox sıx qrafik gözləyir”

Növbəti yazı

Millimizin heyətinin açıqlanacağı tarix bəlli oldu