“Neftçi”dən Mutuya vida

“Neftçi”dən Mutuya vida

Bu gün “Neftçi” PFK ilə Adrian Mutu arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Belə addım atılmasına komandanın uğursuz nəticələri səbəb olub. “Ağ-qaralar” avrokuboklardakı uğursuzluğun ardından Premyer Liqada da 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, bu, Premyer Liqada ikinci baş məşqçi istefasıdır. Bunadək “Kəpəz” Azər Məmmədovu Adil Şükürovla əvəzləyib.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi” fasiləyə üçüncü yollandı

Növbəti yazı

“Neftçi”də yeni baş məşqçi