“Neftçi”dən ev qələbəsi

“Neftçi”dən ev qələbəsi

“Neftçi” avrokuboklarda növbəti oyununu keçirib. Konfrans Liqasında mübarizə aparan Bakı klubu III təsnifat mərhələsinin ilk matçına çıxıb.

Laurentsiu Regekampfın yetirmələri “Bakcell Arena”da Avstriya “Rapid”ini qəbul edib. Görüş qarşılıqlı hücumlarla keçib. Öncə “Neftçi”nin həmlələri daha təhlükəli alınıb. İlk yarıda bir neçə imkanı qaçıran bakılılar fasilə ərəfəsində Ataa Caberin qolu ilə hesabı açıb.

İkinci hissədə qonaqlar irəli atılsa da, yenə “Neftçi” öz azarkeşlərini sevindirib. Kenni Sayef Avstriya klubunun qapısına yol tapıb. Buraxılan ikinci topdan sonra qonaqlar böyük qüvvə ilə irəli atılıb. Uzatma dəqiqələrində Qvido Burqştaller fərqi minimuma endirib. Beləliklə, “Neftçi” evdə ardıcıl ikinci qələbəsini qazanıb – 2:1.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 11-də Vyanada təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

“Liverpul”da itki

Növbəti yazı

Regekampf: “Bizim üçün heç nə dəyişmir”