“Neftçi”dən çətin qələbə
Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub. Son oyun günü “Neftçi Arena”da başa çatıb.
“Neftçi” öz meydanında “Turan Tovuz”u qəbul edib. Filip Ozobiç erkən qolla bakılıları hesabda önə çıxarsa da, Roderik Miller bərabərlik topuna imza atıb.
Fasilədən sonra azarkeşlər daha üç qol izləyib. Rəhman Hacıyev “Neftçi”nin ikinci qolunu vurub. Bu topaOtto Con cavab verib. Aaron Olanarenin qolu isə Adrian Mutunun yetirmələrinə vacib 3 xal qazandırıb – 3:2.
Qeyd edək ki, növbəti turun matçlarına dekabrın 14-də start veriləcək.