“Neftçi”dən 4 cavabsız qol
Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub. Son oyun günü “Bakcell Arena”da başa çatıb. “Neftçi” öz meydanında “Turan Tovuz”u qəbul edib.
Bakılılar bu görüşdə böyükhesablı qələbə qazanıb. İlk yarıda Sezar Meza Kolli və Emin Mahmudov fərqlənib. Fasilədən sonra Mateus Saldanya da adını tabloya yazdırıb. Emin dublunu rəsmiləşdirməklə matçda son nöqtəni qoyub – 4:0.
Qeyd edək ki, növbəti turun oyunları martın 10-12-də keçiriləcək.
1 | Qarabağ | 25 | 20 | 5 | 0 | 61-15 | 65 |
2 | Sabah | 25 | 17 | 5 | 3 | 53-18 | 56 |
3 | Neftçi | 25 | 16 | 4 | 5 | 46-22 | 52 |
4 | Zirə | 25 | 10 | 6 | 9 | 29-33 | 36 |
5 | Qəbələ | 25 | 8 | 8 | 9 | 29-31 | 32 |
6 | Turan Tovuz | 25 | 7 | 5 | 13 | 19-33 | 26 |
7 | Sumqayıt | 25 | 5 | 6 | 14 | 17-40 | 21 |
8 | Kəpəz | 25 | 4 | 8 | 13 | 24-46 | 20 |
9 | Şamaxı | 25 | 4 | 8 | 13 | 23-40 | 20 |
10 | Səbail | 25 | 4 | 5 | 16 | 19-42 | 17 |
Bombardirlər: Musa Qurbanlı, Ramil Şeydayev (hər ikisi “Qarabağ”) – 17 qol, Emin Mahmudov (“Neftçi”) – 13 qol, Coy Lens Mikels (“Sabah”) – 12 qol, Aleksey Kaşuk (“Sabah”) – 10 qol