“Neftçi”dən 4 cavabsız qol

“Neftçi”dən 4 cavabsız qol

Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Son oyunda Bakı klubları üz-üzə gəlib.

“Neftçi” öz meydanında I Liqa təmsilçisi “Qaradağ Lökbatan”ı qəbul edib. “Ağ-qaralar” 4 cavabsız qolla qalib gəlib.

“Neftçi”nin heyətində Aaron Olanare, Yeqor Boqomolski və Andre Şinyaşiki qol sevinci yaşayıb. Murad Qayalı isə topu öz qapısına vurub.

Qeyd edək ki, “Neftçi” 1/4 finalda “Sumqayıt”la qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”dan minimalhesablı qələbə

Növbəti yazı

“Memfis”dən qələbə