“Neftçi”də yeni baş məşqçi

“Neftçi”də yeni baş məşqçi

“Neftçi” PFK monteneqrolu mütəxəssis Miodraq Bojoviç ilə müqavilə imzalayıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

“UEFA Pro” lisenziyalı məşqçi 1968-ci ildə Monteneqronun (YİR) Moykovas şəhərində anadan olub. Futbolçu karyerasını tamamladıqdan sonra Serbiyanın “Boras” klubunda məşqçilik karyerasına başlayıb. 20 illik məşqçilik təcrübəsinə malik mütəxəssis bu illər ərzində Serbiya çempionu, Rusiya kubokunun qalibi və finalçısı olub.

Karyerası ərzində “Dinamo” (Moskva), “Lokomotiv” (Moskva) və “Srvena Zvezda” kimi komandaların baş məşqçisi olub. M.Bojoviçin “Neftçi” PFK-dan öncəki son iş yeri isə Rusiyanın “Arsenal” (Tula) klubudur.

Mütəxəssis komanda ilə yanvar ayında Türkiyənin Antalya şəhərində baş tutacaq təlim-məşq toplanışına qatılacaq.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi”dən Mutuya vida

Növbəti yazı

“Qarabağ” Zirədə qalib gəldi