“Neftçi” – “Zirə” oyununda sülh

“Neftçi” – “Zirə” oyununda sülh

Azərbaycan Premyer Liqasında XXI tur başa çatıb. Turun ikinci günündə 2 matç keçirilib. Hər iki oyun 1:1 hesabı ilə nəticələnib.

“Qəbələ” öz meydanında “Keşlə”ni sınağa çəkib. Qonaqlar ilk yarıda hesabı açsalar da, bölgə təmsilçisi fasilədən dərhal sonra vurulan qolla məğlubiyyətdən qaçıb.

İlk “üçlük”də qərarlaşan “Neftçi” və “Zirə”nin duelində hər iki qol son dəqiqələrdə vurulub. Öncə Ahmad Ayzaya qonaqları hesabda önə çıxarıb. “Ağ-qaralar” uzatma dəqiqələrində Tyaqo Bezerranın penalti zərbəsi ilə məğlubiyyətdən qaçıb.

Qeyd edək ki, turun ilk günündə “Qarabağ” “Səbail”i 5:1, “Sabah” “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edib.

ETOPAZ

Əvvəlki yazı

Şventek “WTA 500” turnirindən imtina etdi

Növbəti yazı

Günün kuponu – 04.04.2022