“Neftçi” xal itirdi, “Səbail”dən qələbə

“Neftçi” xal itirdi, “Səbail”dən qələbə

Azərbaycan Premyer Liqasında IX tur davam edir. Bu gün turun daha iki oyunu keçirilib.

Hər iki qarşılaşma Bakıda baş tutub. Autsayderlər qrupunda yer alan “Səbail”lə “Sumqayıt”ın duelində bir qol vurulub. Turan Manafovun 38-ci dəqiqədəki qolu meydan sahiblərinə mövsümdə ikinci qələbəni qazandırıb – 1:0.

Günün son görüşündə “Neftçi” çempionatın debütantı “Turan Tovuz”u qəbul edib. Bakılılar qonaqların müqavimətini qıra bilməyərək ardıcıl ikinci görüşdə xal itirib – 0:0.

Qeyd edək ki, tura sabahkı iki matçla yekun vurulacaq.

1Qarabağ770024-621
2Sabah861117-719
3Neftçi961217-919
4Zirə951313-1616
5Qəbələ850313-815
6Turan Tovuz83236-811
7Səbail92259-128
8Kəpəz81166-184
9Sumqayıt90451-114
10Şamaxı90274-152

Bombardirlər: Ramil Şeydayev, Musa Qurbanlı (hər ikisi “Qarabağ”) – 7 qol

ETOPAZ

Əvvəlki yazı

Milinkoviç-Saviç “Liverpul”un hədəfində

Növbəti yazı

Ançelotti 3-cü pilləyə yüksəldi