“Neftçi” mükafat və avrokuboklara vəsiqəni təmin etdi
Azərbaycan Premyer Liqasında 29-cu turun ikinci oyun günü başa çatıb. Sumqayıtda eyniadlı komanda “Neftçi”ni qəbul edib.
Matç erkən qolla başlayıb. 7-ci dəqiqədə Voyislav Stankoviç hesabı açıb.
Məğlubiyyətdən qaçmağa çalışan “Sumqayıt” ikinci hissədə daha üç top buraxıb. Sezar Meza Kolli 64-cü, İsmayıl Zülfüqarlı 83-cü, Kilan Lebon 85-ci dəqiqədə meydan sahiblərinin qapısına yol tapıb.
Bununla da “Neftçi” səfərdə 4:0 hesablı qələbə qazanıb. Bakı klubu bununla sona 7 tur qalmış mükafatçılar sırasındakı yerini və avrokuboklara vəsiqəni təmin edib.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
1 | Qarabağ | 28 | 23 | 5 | 0 | 71-15 | 74 |
2 | Sabah | 29 | 20 | 5 | 4 | 63-22 | 65 |
3 | Neftçi | 29 | 18 | 6 | 5 | 54-25 | 60 |
4 | Qəbələ | 29 | 10 | 9 | 10 | 36-36 | 39 |
5 | Zirə | 29 | 10 | 8 | 11 | 32-39 | 38 |
6 | Turan Tovuz | 28 | 7 | 7 | 14 | 23-38 | 28 |
7 | Kəpəz | 28 | 5 | 10 | 13 | 28-49 | 25 |
8 | Sumqayıt | 29 | 6 | 6 | 17 | 20-56 | 24 |
9 | Səbail | 29 | 5 | 6 | 18 | 22-48 | 21 |
10 | Şamaxı | 28 | 4 | 8 | 16 | 23-44 | 20 |
Bombardirlər: Musa Qurbanlı (“Qarabağ”) – 20 qol, Ramil Şeydayev (“Qarabağ”) – 17 qol, Coy Lens Mikels (“Sabah”) – 15 qol, Emin Mahmudov (“Neftçi”) – 14 qol